SİZİN REKLAM BURADA!
055 213 76 73


İşğalçı və terrorçu Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Füzuli cəbhəsində ağır itkilər verərək məğlubiyyətə uğrayan düşmən ordusu artıq iflic olub. Şəxsi heyəti tükənib və ruh düşkünlüyü işğalçıda pik həddə çatıb. Bütün bunlar isə Ermənistan əhalisində Paşinyan hökumətinə qarşı hiddəti artırıb. Artıq valideynlər öz övladlarını orduya buraxmaq istəmir və müxtəlif bəhanələrlə yayındırırlar.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

R.Qonaqov bildirib ki, işğalçı Ermənistanda əsgərlər arasında fərarilik halları baş alıb gedir, cəza hallarının tətbiqi praktikası belə heç bir nəticə vermədən hakimiyyətə nifrəti daha da artırır:

"Cəbhədə ardıcıl məğlubiyyət əhalinin sosial iqtisadi vəziyyətini Ermənistanda daha da dərinləşdirir ki, bu da hazırkı Paşinyan hakimiyyətinə qarşı narazı şəxslərin və əks qütbdə duranların yeni revanşına səbəb olur.

Ermənistanda hazırkı şərait Paşinyan hakimiyyətinə mövcud vəziyyətlə barışmağı diqtə edir.

BAKU.WS