SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni tərəfinin iddiasına münasibət bildirib.

MN Mətbuat Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq deyilir:

Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.

BAKU.WS