Zaqatalada aramsız yağışlar arıçılığa zərbə vurdu

Zaqatalada aramsız yağışlar arıçılığa zərbə vurdu
Video
Hadisə 49

Zaqatalada bir neçə gündür davam edən intensiv yağışlar təkcə yol və infrastruktura deyil, arıçılıq təsərrüfatlarına da ciddi ziyan vurub.

BAKU.WS-ə daxil olan məlumata görə, güclü leysan nəticəsində arı təknələrinin yerləşdirildiyi ərazilər tamamilə su altında qalıb.

Sel suları arı təknələri olduğu sahələri basdığı üçün arıçılar onları təcili şəkildə təhlükəsiz ərazilərə köçürmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, bəzi təsərrüfatlarda arı yeşikləri suyun içində qaldığından məhsula və arı ailələrinə zərər dəyib. Ətraf ərazilərin palçıq və sel suları ilə örtülməsi isə təsərrüfatlarda işləməyi çətinləşdirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər