Zamirə Hacıyevanın müsadirə edilmiş əmlakları satışa çıxarıldı

Zamirə Hacıyevanın müsadirə edilmiş əmlakları satışa çıxarıldı
Foto
Hadisə 425

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə edilmiş əmlakları satışa çıxarılıb.

Oxu.Az BBC-yə istinadla xəbər verir ki, söhbət iki əmlakdan - Berkşirdəki qolf klubu və Naytsbricdəki evdən gedir.

Onlar ümumilikdə 19.5 milyon funt-sterlinq məbləğində satışa çıxarılıb. Satışa çıxarılan evə 14.75 milyon funt-sterlinq həcmində məbləğ qoyulub.

Zamirə Hacıyevanın müsadirə edilmiş əmlakları satışa çıxarıldı

1990-cı illərin əvvəlində inşa edilmiş qolf klubu isə 4.25 milyon funt-sterlinqə satışa çıxarılıb.

Zamirə Hacıyevanın müsadirə edilmiş əmlakları satışa çıxarıldı

Xatırladaq ki, Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) nümayəndəsi keçən il bildirib ki, qolf klubu və ev satıldıqdan sonra gəlirin 70 faizi hökumətdə qalacaq, 30 faizi Z.Hacıyevaya qaytarılacaq.

Son xəbərlər