"Yoxlama" verilişinə qarşı İDDİA - VİDEO

Teleaparıcı Azər Zahidin "Youtube" kanalında təqdim edilən "Yoxlama" verilişinə qarşı iddia irəli sürülüb. BAKU.WS xəbər verir ki, Gəncədə yerləşən "Nostalji" restoranının direktoru Anar Məmmədov bununla bağlı sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, əvvəlcə verilişin əməkdaşı Xaliq Camalzadə restorana gələrək 1000 AZN qarşılığında restoranı reklam etməyi təklif edib. Reklam razılaşması baş tutmadıqdan sonra aparıcı Azər Zahid restorana gələrək çəkiliş aparmaq istədiyini bildirib.
"Keçən ay 2 dekabr tarixində bir qrup şəxsin "Yoxlama" verlişi adı ilə restoranımıza daxil olaraq "burada çəkiliş aparmalıyıq" deyərək bir video hazırlayıb. Həmin görüntüləri öz "Youtube" kanallarında paylaşaraq bizim restoranı pisləyiblər", - restoran rəhbərliyi deyib.
Azər Zahid zənglərimizə cavab vermədiyi üçün mövqeyini öyrənə bilmədik.BAKU.WSOxşar xəbərlər
Qalmaqallı "Yoxlama" verilişinin olduğu restoranda ŞOK GÖRÜNTÜLƏR (VİDEO)
ATV-də yayımlanan "Yoxlama" verilişi bu dəfəki buraxılışında Lənkəranda olub. BAKU.WS xəbər verir ki, Azər İsmayılovun aparıcılığı ilə yayımlanan verilişin bu...
