Yekaterinburqda qətl işi üzrə təqsirləndirilən azərbaycanlıların həbs müddəti uzadıldı

Yekaterinburqda qətl işi üzrə təqsirləndirilən azərbaycanlıların həbs müddəti uzadıldı
Hadisə 57

Məhkəmə Rusiyanın Yekaterinburq şəhərində əvvəlki illərdə qətl törətməkdə təqsirləndirilən altı azərbaycanlı barəsində həbs qətimkan tədbirini oktyabrın 19-dək uzadıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

"Yekaterinburqun Verx-İset Rayon Məhkəməsi Səfərov Kamal Qədimalı oğlu, Səfərov Akif Möhbalı oğlu, Səfərov Ayaz Möhbalı oğlu, Səfərov Məzahir Möhbalı oğlu və Səfərov Bakir Mehdi oğlu və Gənciyev Əhliman Sətdar oğlunun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin vəsatətlərini nəzərdən keçirib. Materiallara baxdıqdan sonra, məhkəmə müstəntiqin vəsatətlərini təmin edib və təqsirləndirilən şəxslərin həbs müddətini 2025-ci il oktyabrın 19-dək uzadıb", - məlumatda bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

Şimali Kipr sahillərində batan bərənin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub. BAKU.WS xəbər verir ki, bunu AZƏRTAC-a Azərbayc...

135 Hadisə 20:01 30 avqust 2026

Son xəbərlər