Xoşqədəm məhkəməni uddu: Nazilə Səfərli üzr istəyib, təzminat ödəyəcək

14
iyn
2019
21:40
Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi başa çatıb.BAKU.WS xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev Unikal.org-a məlumat verib. O, qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şairə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir:“Nizami rayon Məhkəməsinin qətnaməsi ilə Nazilə Səfərli və İsa Şükürova qarşı iddiamız təmin edilmişdi.Həmin qərardan jurnalist İsa Şükürov apelyasiya şikayəti verməmişdi.O, məhkəmənin qərarı ilə razılaşmışdı.Amma şairə Nazilə Səfərli həmin qərardan narazı qalmışdı və apelyasiya şikayəti vermişdi.Həmin iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 14 iyun 2019-cu il qətnaməsi ilə Nazilə Səfərlinin apelyasiya şikayətini rədd etdi və həmin qətnaməni dəyişdirmədən qüvvədə saxladı.Məhkəmənin qətnaməsinə görə Nazilə xanım həm üzr istəməlidir, həm dediklərinə görə təkzib verməlidir, eyni zamanda İsa Şükürovla müştərək qaydada 1000 manat pulu Xoşqədəm Baxşəliyevanın hesabına ödəməlidir.Qeyd edək ki, tərəflər arasında bu qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayıtqızının Xəzər TV də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlanıb.
Oxşar xəbərlər
Nazilə Səfərlinin toy görüntüləri -VİDEO
Şairə Nazilə Səfərlinin toy görüntüsü yayılıb. BAKU.WS xəbər verir ki, sözügedən kadrlar şairə xanıma həsr olunmuş "Şou ATV" proqramında yayımlanıb.Həmin vidoen...
