Xocasən-Sədərək yolunda qəzaya uğrayan "KamAZ"la bağlı AÇIQLAMA
Xocəsən-Lökbatan yolundakı qəza bu gün səhər saat 6-da baş verib.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
"Belə ki, küləyin güclü, hava şəraitinin yağıntılı və asfalt örtüyünün yaş olması səbəbindən 54-BB-606 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobilinin sürücüsü Əliyev Damət Sərxoş oğlu idarəetməni itirib. Nəticədə avtomobil aşıb və yol bağlanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Artıq nəqliyyat vasitəsi ərazidən götürülüb, yol açıqdır. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.
***08:59
Bu gün Xocasən-Sədərək yolunda "KamAZ" markalı yük avtomobilinin iştirakı ilə qəza baş verib.
BAKU.WS xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
İlkin məlumata görə, yük maşını idarəetməni itirərək yolun kənarına çırpılıb.
Xəsarət alanlar barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Bilgəh çimərliyində faciə: Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı
Bakının Bilgəh qəsəbəsində dənizdə bədbəxt hadisə baş verib. Çimməyə gedən dörd dostdan ikisi suda batıb. Batan gənclərdən birinin meyiti dostları tərəfindən su...