Ukraynaya maşın satmağa gedən 2 azərbaycanlıdan 3 aydır xəbər yoxdur
Ukraynada iki Azərbaycan vətəndaşı - Əsgərov Rəşad Cahangir oğlu və onun yaxın dostu Xəyyam Qaraşov 3 aydır ki itkin düşüb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə Rəşad Əsgərovun qardaşı Ruslan Əsgərov məlumat verib.
Onun sözlərinə görə, yaxınları bu ilin mart ayından bəri hər iki şəxslə bağlı heç bir xəbər ala bilmir:
"Rəşad və Xəyyam 2025-ci ilin fevral ayının 26-da Ukraynaya səfər edib. Martın 6-dək mütəmadi olaraq əlaqə saxlayırdıq. Həmin tarixdən etibarən isə hər ikisi ilə bütün əlaqə kəsildi. Rəşad gedəndə həyat yoldaşı hamilə idi, bu ay əkiz qızları olub. Xəyyamın ailəsi isə Almaniyadadır. Onun da iki övladı var".
Məlumata görə, Rəşad Əsgərov uzun illərdir Ukraynada yaşayıb. O, 2003-cü ildə ali təhsilini başa vurduqdan sonra Kiyevə köçərək orada məskunlaşıb. Peşəkar cüdoçu kimi dünya ikincisi olmuş Rəşad Kiyevdə məşqçi kimi fəaliyyət göstərib.
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra o, ailəsi ilə birlikdə Azərbaycana qayıdıb. İtkin düşdükləri son səfərdə isə məqsədləri Kiyevdə qalan şəxsi avtomobillərini satmaq olub.
Oxşar xəbərlər
Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...