Türkiyədə insanlığa sığmayan cinayət – FOTO
Türkiyədə xəstə uşaqlar üçün yığılan pullar bir qrup oğru dəstə tərəfindən qarət olunub.
BAKU.WS xəbər verir ki, bu barədə “Hurriyet” məlumat yayıb. Bildirilir ki, insanlığa sığmayan hadisə Bursada uşaqlar üçün yaradılan xeyriyyə fondunun ofisində qeydə alınıb.
Türkiyədə leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün yığılan vəsait bir neçə şəxs tərəfindən talanıb.
Hadisənin görüntüləri müşahidə kameralarına düşüb. Hazırda polis həmin şəxsləri axtarır.
Bu hadisə Türkiyədə böyük etiraza səbəb olub. Sosial şəbəkələrdə həmin şəxslər söyülür, onların tezliklə tapılaraq cəzalandırılması tələb olunur.
Oğrulardan birinin görüntüsünü təqdim edirik:
Cavid BabayevBAKU.WSOxşar xəbərlər
Sosial şəbəkələri təlatümə gətirən insanlığa sığmayan hadisə - VİDEO
Türkiyədə baş verən iyrənc və insanlığa sığmayan hadisə sosial şəbəkələrdə böyük etiraza səbəb olub.BAKU.WS xəbər verir ki, hadisə Tekirdağda qeydə alınıb. Namə...