Tərtərdə silahla insident törətməkdə şübhəli bilinən qazi həbs edilib
Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, kənd sakini, 1990-cı il təvəllüdlü, 2-ci Qarabağ müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində "AK-74" markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus "VAZ-21014" markalı avtomobilə zərər dəyib.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan "AK-74" markalı avtomat silah götürülüb.
Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - TƏFƏRRÜAT
Dünən paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan iki nəfərlə bağlı bəzi detallar məlum olub. BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, onlar...