Tanınmış türkiyəli mütəxəssis Fatih Terim Bakıya gəlib

Tanınmış türkiyəli mütəxəssis Fatih Terim Bakıya gəlib
Foto
Hadisə 331

Tanınmış türkiyəli mütəxəssis Fatih Terim "Qarabağ"ın dəvəti ilə Bakıya gəlib.

"Report" xəbər verir ki, fəxri qonaq "Qarabağ" klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.

Qeyd edək ki, "Qarabağ", həmçinin "Liverpul", "Tottenhem" (hər ikisi İngiltərə), "Atletiko" (Madrid), "Real Betis" (hər ikisi İspaniya), "Fənərbağça", "Qalatasaray" (hər ikisi Türkiyə), "Udineze" (İtaliya), "Porto" (Portuqaliya), "Flamenqo" (Braziliya) və "Malmö"nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Akif Əyyubov vəfat etdi

Akif Əyyubov vəfat etdi

Azərbaycanın tanınmış həkimi Akif Əyyubov vəfat edib. BAKU.WS xəbər verir ki, həkimin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, A.Əyyubov Ailə Sağlamlıq M...

126 Hadisə 23:30 23 oktyabr 2026

Son xəbərlər