Sumqayıtda güclü partlayış: Üç nəfər dağıntılar altından sağ çıxarılıb
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***08:37
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Qeyd edək ki, Sumqayıt şəhərinin 13-cü mikrorayonunda baş vermiş partlayışda yaralananların kimliyi açıqlanıb.
Bu barədə "Report"un yerli bürosu xəbər verir.
Bildirilib ki, hadisədə 1977-ci il təvəllüdlü Əliyev Ramin Zakir oğlu, 2007-ci il təvəllüdlü Əliyev Ayxan Ramin oğlu və 2010-cu il təvəllüdlü Əliyeva Familə Ramin qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
***07:59
Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərindəki yaşayış binasında baş vermiş partlayışla bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətinin məlumatında qeyd olunub:
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub".
Xatırladaq ki, Sumqayıtda yaşayış binasında baş vermiş partlayışda azı 3 nəfərin yaralandığı bildirilir. Bir nəfərin dağıntılar altında olduğu güman edilir.
Daxili İşlər Nazirliyi Sumayıtda baş verən partlayışla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidməti açıqlayıb ki, Sumqayıt şəhərində yaşayış binasında partlayışın olduğu ərazi mühafizəyə götürülüb:
"Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib".
Vurğulanıb ki, ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək
Aktauda dekabrın 25-də AZAL-a məxsus qəzaya uğrayan təyyarənin bələdçisi Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir...