Sumqayıtda yanğın oldu
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə qurumun Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 55kv.m. olan ikiotaqlı mənzilin bir otağının və eyvanın yanar konstruksiyaları 22kv.m sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
İrandan Rusiyaya 25 kiloqramdan çox marixuana keçirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti...