Şəhid Cəmil Qurbanzadə Astarada dəfn olunub - FOTO

Ermənistan Silahlı Qüvvələrinin son təxribatlarını qəhrəmancasına dəf edərkən şəhid olan Qurbanzadə Cəmil Anar oğlu Astarada dəfn olunub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, C.Qurbanzadə Laçın istiqamətində düşmənin təxribatlarının qarşısını alarkən şəhadət zirvəsinə ucalıb.
Astaralılar şəhid C.Qurbanzadənin cənazəsini böyük izdihamla qarşılayıb, son mənzilə yola salıblar.
Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şəhidin atası Anar Qurbanzadə bildirib ki, şəhidlik əlçatmaz bir zirvədir: "Uşağımı ona görə böyütmüşəm ki, cəmiyyətə, Vətənə yararlı övlad olsun. Mənim xalqımın, millətimin işinə yarasın”.
Qalereya
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...
