Sevgilisindən 836 min manat tələb edən "TikTok"er xanım hakim qarşısına çıxarıldı

Sevgilisindən 836 min manat tələb edən TikToker xanım hakim qarşısına çıxarıldı
Hadisə 311

"Beniz" ləqəbli məşhur "TikTok"er Aybəniz Xəlilovanın cinayət işı üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.

BAKU.WS unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.

Hazırlıq iclasının davamı 10 iyuna təyin edilib.

Qeyd edək ki, "Beniz xxxz" ləqəbli "TikTok"er barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və "TikTok"er barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürülərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib. Onun barəsində Suraxani rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...

33 Hadisə 21:40 19 iyul 2026

Son xəbərlər