Şəkidə mağazadan oğurluq edən şəxslər tutulublar
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Polisə müraciət edən zərərçəkən obyektdə olan pulun və tütün məmulatlarının naməlum şəxslər tərəfindən talandığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 26 yaşlı Vüqar Əsgərov və 19 yaşlı Elvin Məmmədov saxlanılıb.
Onlar mağazanın şüşəsini qıraraq içəriyə daxil olduqlarını və ələ keçirdiklərini aralarında böldüklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...