Salfet satan 10 yaşında qızı aldadıb zorlamaq istədi - DƏHŞƏTLİ OLAY
27
fev
2018
12:34
Adanada bir salfet satan uşağa təcavüz etmək istəyən şəxslər saxlanılıb. BAKU.WS-in məlumatına görə, uşağı xarabalıq olan əraziyə apararaq təcavüz etmək istəyənlər ələ keçib. Hadisə 23 fevral tarixində Adananın Sinanpaşa məhəlləsində baş verib. 10 yaşındakı qızı aldadaraq 5 lirə verəcəyini deyən 20 yaşlı gənc onu zorlamaq istəyib. Nə olduğunu anlamayan qız isə xarabalığa yaxınlaşanda qorxub və qışqırmağa başlayıb. Uşağın səsinə hadisə yerinə yaxınları gəlib. Səs-küyə şübhəli şəxs qaçmağa başlayıb. Həmin şəxs qızın qohumları tərəfindən tutulub və döyülüb. Bununla yanaşı, ətrafdakı vətəndaşlar hadisəni polisə bildirib.Hadisə yerinə gələn polis əməkdaşları şübhəli şəxsi döyülməkdən xilas edib və onu polis şöbəsinə aparıb. Saxlanılan şəxs "uşağa qarşı cinsi istismar" maddəsi ilə ittiham olunub və həbs edilib. NazimBAKU.WS
Oxşar xəbərlər
"Sevgililər günü"ndə sevgilisini küçədə döydü, boğmağa çalışdı (VİDEO)
Türkiyənin Adana şəhərində "Sevgililər günü"ndə maraqlı hadisə baş verib. BAKU.WS-in məlumatına görə, 30 yaşındakı şəxs qızın boğazını sıxaraq dava edib. Küçəni...