Qalacıq kəndində körpünü sel dağıtdı - əhali çətin vəziyyətdə
21
iyn
2018
12:30
İsmayıllı Rayonun Qalacıq kəndində körpünü sel dağıtdı və 2000 nəfərə yaxın sakini olan kəndin respublika ilə nəqliyyat əalqəsi kəsilib.BAKU.WS-in məlumatına görə, artıq üç gündür ki, yol bağlanmağına baxmayaraq ciddi tədbirlər görülmür. Kənd camaatı bu biganəlikdən narahatlıq edirlər: "Rayonun nəqliyyat idarəsi 1 maşın çınqıl daşı(şebel) gətirdilər ki, töksünlər. Ancaq haqlı olaraq Daxili İşlər Nazirliyinin əməkdaşları buna icazə vermədlər. Bildirdlər ki, bu daşların körpünün altına tökülməsinin mənası yoxdur, onsuzda çay yuyub aparacaq, sakinlərdə arxayınçılıq yaranar, körpüdən istifadə edərlər və bu daha böyük-insan faciəsinə səbəb ola bilər", -deyə Qalacıq kənd sakinləri bildirir. Sakinlərin sözlərinə görə, hazırda sakinlər nə işə gedə bilir nə də ərzaqla təmin oluna bilir. Hətta digər yerlərdən kəndə qonaq gələnlər də geriyə qayıda bilmirlər. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda sel körpünü dağıtdı, evlər uçma təhlükəsi ilə üzləşdi (VİDEO)
Göyçay rayonuna yağan güclü leysan yağışlar fəsadlar törədib.“Report”un Şirvan bürosu xəbər verir ki, nəticədə dünən günorta saatlarından etibarən Göyçay çayı ü...