Polisə tabe olmayıb özünə xəsarət yetirən "parkovşik" həbs edildi

Polisə tabe olmayıb özünə xəsarət yetirən parkovşik həbs edildi
Hadisə 1068

Aprelin 7-də Bakıda ictimai asayişi pozan "parkovşik" inzibati məsuliyyətə cəlb edilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu Naxçıvanski küçəsində baş verib.

Polis əməkdaşları ərazidə qanunsuz parkinq fəaliyyəti göstərən şəxsə xəbərdarlıq ediblər. Bu zaman həmin şəxs tutduğu yeri tərk etməyəcəyini bildirərək səs-küy salmağa başlayıb və özünə xəsarət yetirib.

İctimai yerdə qaydaları pozan şəxs saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılıb.

Müəyyən edilib ki, saxlanılan şəxs Kürdəmir rayonu Sığırlı kənd sakini 1986-cı il təvəllüdlü S.Yusifovdur. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq, polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxsə 10 sutkalıq inzibati həbs verilib.

Oxşar xəbərlər

Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib

Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib

Bakı və ayrı-ayrı rayonlarda dekabrın 5-də 64 odlu silah-sursat aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, beş avtomat,...

15 Hadisə 23:12 06 dekabr 2025

Son xəbərlər