Parkda skamyada oturan gənclərin üstünə ağac aşıb
Ötən gün saat 22 radələrində paytaxtın Hüseyn Cavid prospektində hadisə yaşanıb. Elmlər Akademiyası parkında skamyada oturan gənclərin üstünə ağac aşıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub.
Xoşbəxtlikdən üzərinə ağac aşan oğlan hadisədən yüngül xəsarətlərlə qurtula bilib.
Xatırladaq ki, son bir neçə gündür Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilmişdi.
Güclü külək nəticəsində paytaxtda iki ağacın aşdığı bildirilirdi. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi (BŞYTB) məlumat yaymışdı.
Qalereya
Oxşar xəbərlər
Bakıda qəza baş verdi
Bakıda sürücü səhlənkarlığı qəzaya səbəb olub. Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilib ki, hadisə Nəcəfqulu Rəfiyev...