Pakistan vətəndaşı: Əfv edildiyim üçün Prezident İlham Əliyevə minnətdaram
Narkotikə görə həbs edilmişdim. Doqquz il müdətinə həbs cəzası almışdım. Altı il idi ki, dəmir barmaqlıqlar arasında idim. Azərbaycan Prezidentinin bu gün imzaladığı Əfv Sərəncamına əsasən cəzamın qalan hissəsindən azad olundum.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Pakistan vətəndaşı Şah Nəsrət Şah Yarmat oğlu deyib.
O, humanist addıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev mayın 26-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən...