Ötən həftə 1300 hektardan çox ərazi minalardan təmizlənib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan BAKU.WS-ə verilən məlumata görə, iyulun 21-dən 27-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 15 mina və 1097 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1354.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Oxşar xəbərlər
Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...