"Neftçi" və "Qarabağ"da çıxış etmiş futbolçu qəzaya düşüb
Azərbaycan millisinin sabiq futbolçusu, "Neftçi" və "Qarabağ" kimi klubların şərəfini qorumuş Aslan Kərimov qəzaya düşüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, veteran futbolçunun idarə etdiyi "Mitsubishi Pajero" avtomobili 9-cu mikrorayon ərazisində işıqforda "Nissan" markalı maşınla toqquşub.
Hadisə zamanı xəsarət alan olmasa da, "Nissan" markalı avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, Aslan Kərimov karyerası ərzində "Neftçi", "Dinamo Bakı", "Azəri", "Qarabağ", "Kəpəz", "ANS Pivani", "Şəmkir" və "Sumqayıt", həmçinin Rusiyanın "Baltika Kalininqrad" klublarında çıxış edib. O, Azərbaycan millisində 80 oyun keçirib və bir qol vurub.
Oxşar xəbərlər
Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq...