Naxçıvanda kanalda boğulan azyaşlı tanınmış musiqiçinin övladı imiş
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində kanal batan 7 yaşlı uşağın kimliyi və ölümünün təfərrüatı məlum olub.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, 2019-cu il təvəllüdlü Elmir Cahangir oğlu Qurbanov kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb.
Aparılan axtarış tədbirləri zamanı sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
ANZ.az-ın məlumatına görə, Elmir Qurbanov tanınmış musiqiçi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğlu, general-leytenant Babək Qurbanovun qardaşı oğludur.
***09:16
Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb.
BAKU.WS NTV-yə istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi ərazisində baş verib.
Belə ki, kənd ərazisində velosiped sürən 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu ehtiyatsızlıqdan su kanalına düşüb. Aparılan axtarış tədbirləri zamanı o tapılaraq sudan çıxarılıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub?
Bloqer Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə 10 sutkalıq inzibati qaydada həbs olunduğu iddia edilib. BAKU.WS xəbər verir ki, b...