Məşhur iş adamının qızı Dubaydan qayıdarkən 7 rəfiqəsi ilə birlikdə təyyarə qəzasında öldü - FOTO
12
mar
2018
09:33
Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gələn özəl təyyarə İranın paytaxtı Tehranın cənubunda qəza edib. BAKU.WS-in məlumatına görə, təyyarədə 2 qadın pilot, 1-i stüardessa olmaqla 8 sərnişin dünyasını dəyişib. Təyyarənin "Başaran Holdinq"ə məxsus olduğu məlum olub. Hava gəmisində olanların şəxsiyyəti açıqlanıb. Təyyarədəkilərin Hüseyn Başaranın qızı Mina Başaran və 7 rəfiqəsi olduğu məlum olub. Qızlar subaylığa vida partisindən qayıdırmış. Baş verən qəza zamanı heç bir sərnişini xilas etmək mümkün olmayıb. Qəzada dünyasını dəyişən 28 yaşındakı Mina Başaran holdinqin vəliəhdi olaraq göstərildi. Ailənin tək qızı idi. Mina iddialı və istedadlı xarakteri ilə diqqətləri cəlb edirdi. 2013-cü ildə "Başaran Holdinq"in İdarə Heyətinin üzvü olub. Qida, turizm, yaxta, inşaat və enerji sahələrində fəaliyyət göstərən Hüseyn Başaran Türkiyənin tanınmış iş adamlarından sayılır. NazimBAKU.WS
Oxşar xəbərlər
Bu şəkli çəkdirdikdən sonra öldülər
Türkiyədə ağır qəza baş verib. Qəza nəticəsində ailənin 4 üzvü dünyasını dəyişib. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin şimal-ş...