Mərakeşdə güclü zəlzələ baş verib
11
fev
2025
09:49
Mərakeşdə güclü zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Geofizika İnstitutu məlumat yayıb.
Məlumata görə, zəlzələ Bakı vaxtı ilə fevralın 11-i, 03:48-də baş verib. Mərakeşli mütəxəssislərin qiymətləndirməsinə əsasən, yeraltı təkanların maqnitudası 5,2 olub. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə isə zəlzələ 5,1 bal gücündə qeydə alınıb.
Zəlzələnin episentri Briçka kommunasında, 20 kilometr dərinlikdə yerləşib. Hadisə nəticəsində heç kim xəsarət almayıb, infrastruktura ziyan dəyməyib.
Oxşar xəbərlər
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib
Sərnişinin səhhətində yaranan problemə görə Sürix–Şanxay reysini yerinə yetirən təyyarə Bakıya məcburi eniş edib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunu...