Mədəniyyət Nazirliyinə məxsus klub yanaraq külə dönüb

Şəmkirdə Mədəniyyət Nazirliyinə məxus klub yanaraq külə dönüb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, rayonun Tatarlı kəndində yerləşən Mədəniyyət Nazirliyinin balansında ümumi sahəsi 400 kv.m olan 1 mərtəbəli kənd Mədəniyyət evinin yanar konstruksiyaları və içərisində olan əşyaların 240 kv.m sahədə yanıb.
Mədəniyyət evinin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə olunub.
Qeyd edək ki, yanan bina Qazax-Tovuz Regional Mədəniyyət İdarəsin Şəmkir rayon Tatarlı kəndi Foklor evidir.
***09:17
Şəmkir rayonunda yanğın hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.
Mədəniyyət Nazirliyinə məxsus klubda anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
"Haber Global"da Yekaterinburqdakı azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlayıb
Türkiyənin "Haber Global" telekanalında Rusiyanın Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlanıb. BAKU.WS xəbər verir ki,...
