Laçında ağır yol qəzasında 3 nəfər ölüb, xəsarət alan var
26
iyl
2025
22:12
Laçında bir neçə nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Qarakeçdi kəndində baş verib.
Belə ki, Mahir Abdullayevin idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb. Hadisə nəticəsində sürücü, habelə sərnişinlər; Şəhla Novruzova və Xədicə Novruzova ölüb. Avtomobildə olan digər sərnişin Ramilə Abdullayeva isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əhm...