Kahramanmaraşda qəhrəmanlıq göstərən Azərbaycan xilasediciləri barədə sənədli film çəkildi

Kahramanmaraşda qəhrəmanlıq göstərən Azərbaycan xilasediciləri barədə sənədli film çəkildi
Foto
Hadisə 66

Üç il öncə Kahramanmaraşda baş verən dəhşətli zəlzələlərdən dərhal sonra Türkiyəyə yollanan Azərbaycan axtarış-xilasetmə qruplarının fədakarlığına həsr olunan sənədli filmin premyerası keçirilib.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Televiziyası (AzTV) tərəfindən istehsal olunan "Canqurtaranlar" sənədli filminin premyerası Bakıdakı Nizami Kino Mərkəzində keçirilib.

Tədbirdə Türkiyənin Bakıdakı səfiri Birol Akgün, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmiləri, axtarış-xilasetmə heyəti və çoxsaylı digər qonaqlar iştirak ediblər.

Kahramanmaraşda qəhrəmanlıq göstərən Azərbaycan xilasediciləri barədə sənədli film çəkildi

Səfir B.Akgün tədbirdəki çıxışında üç il əvvəl baş verən zəlzələ zamanı Azərbaycanın qardaşlığının şahidi olduqlarını bildirib.

Türkiyəli diplomat Azərbaycanın heç bir dəvət gözləmədən bölgəyə axtarış-xilasetmə qrupları göndərdiyini qeyd edərək, göstərilən həmrəyliyə görə təşəkkür edib.

B.Akgün qeyd edib ki, Azərbaycan axtarış-xilasetmə qruplarının işi zəlzələ zonasındakı insanlara ümid verib.

Kahramanmaraşda qəhrəmanlıq göstərən Azərbaycan xilasediciləri barədə sənədli film çəkildi

Səfir, həmçinin zəlzələ zonasında aparılan yenidənqurma və bərpa işlərindən də bəhs edib. O, Azərbaycanın Kahramanmaraşda inşa etdiyi məhəllənin iki ölkə arasındakı həmrəyliyin nümunəsi olaraq türk xalqının qəlbində əbədi olaraq qalacağını vurğulayıb.

Xəbərdə bildirilir ki, sənədli filmdə zəlzələnin ilk saatlarından etibarən fəlakət zonasında, xüsusən də Kahramanmaraşda çalışan Azərbaycan qruplarının çətin şəraitdə həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatları, insan həyatını xilas etmək səyləri və iki ölkə arasındakı qardaşlıq həmrəyliyi vizual hekayələr vasitəsilə təqdim olunub.

"Haber Global" xatırladıb ki, Azərbaycan xilasediciləri Kahramanmaraşda dağıntılar altından 53 nəfəri xilas ediblər. Zəlzələdən sonra Türkiyəyə gələn ilk xarici heyət Azərbaycan Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupu olub. Azərbaycan yardım göstərmək üçün fəlakət bölgəsinə 41 tibb işçisi də daxil olmaqla ümumilikdə 725 nəfər göndərib.

Kahramanmaraşda qəhrəmanlıq göstərən Azərbaycan xilasediciləri barədə sənədli film çəkildi

Kahramanmaraşda qəhrəmanlıq göstərən Azərbaycan xilasediciləri barədə sənədli film çəkildi

Qeyd olunur ki, üç il əvvəl Azərbaycandan Türkiyəyə yollanan qruplar təxminən bir ay ərzində həm axtarış-xilasetmə əməliyyatlarında, həm də humanitar yardım və logistika fəaliyyətlərində xidmət göstəriblər. Mart ayının ilk həftəsinə qədər vəzifələrini davam etdirən Azərbaycan axtarış-xilasetmə mütəxəssisləri, işlərini başa vurduqdan sonra Türkiyəni tərk edən sonuncu xarici heyət olub.

Son xəbərlər