İslam Rzayev HƏBS EDİLDİ
Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə verilib.
Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev və rayonun digər vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.
İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.
Digər saxlanılanlar da korrupsiya cinayətlərində təqsirləndirilirlər.
Oxşar xəbərlər
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. BAKU.WS "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl...