“...Həmin pullar ailəmin hesabına necə köçüb?”
07
fev
2019
16:52
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə C.Hacıyev ifadə verərək ittihamı şou adlandırıb.O deyib ki, mənimsəməkdə ittiham olunduğu 4.7 milyard manat Mərkəzi Bankın valyuta vəsaitlərinə bərabərdir: “Beynəlxalq Bankının Moskva filalının aktivləri isə 2 milyona yaxın olub. Bəs bu necə olur ki, mən 4.7 milyard manat pulu mənimsəmişəm? Ən azından bir bu rəqəmlərə baxın. Göstərin görək, həmin pullar mənim və ailə üzvlərimin hesabına necə köçüb? Belə bir sübut var? Guya, həmin pullarla şəxsi əmlak almışam. Dünyamin Xəlilovu cavan vaxtlarımdan tanıyıram, amma onunla heç bir biznes əlaqəm olmayıb. Sadəcə o, mənim tapşırığımla bəzi layihələrə nəzarət edirdi”.Daha sonra prosesdə fasilə elan olunub.İttihama görə, C. Hacıyev və komandası 4.7 milyard manat pulu mənimsəməkdə, 1.8 milyon manat pulu vergidən yayındırmaqda təqsirləndirilir.Xatırladaq ki, bundan öncəki məhkəmə işində C.Hacıyev 15 il, D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi sabiq deputatın cəzasını 3 ay azaldıb.BAKU.WS
Oxşar xəbərlər
Cahangir Hacıyev və sabiq deputatla birgə təqsirləndirilən 20 nəfərin adı məlum olub - SİYAHI
Mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və sabiq deputat Dünyamin Xəlilovla birgə ittiha...