Günahkar sürücüdür, yoxsa piyada? - Çox müzakirə olunan videoya AÇIQLAMA

Günahkar sürücüdür, yoxsa piyada? - Çox müzakirə olunan videoya AÇIQLAMA
Açıqlama
Hadisə 172

Dünən Bakıda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə zamanı qadın piyada keçidinin bir neçə metrliyində yolu qaçaraq keçmək istəyib və nəticədə onu avtomobil vurub.

Qəza hadisəsi sosial mediada istifadəçilər arasında müzakirəyə səbəb olub. Belə ki, vətəndaşlar yol-nəqliyyat hadisələri ilə bağlı məsuliyyət məsələsini gündəmə gətirib.

Bəzi şəxslər hesab edirlər ki, piyada qaydanı pozaraq qəza törədibsə, sürücü tam məsuliyyətdən azad edilməli və avtomobilə dəymiş zərəri qarşı tərəf ödəməlidir.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev münasibət bildirib. DİN rəsmisi qeyd edib ki, qəza zamanı ilkin olaraq təqsir dərəcəsi müəyyən olunur:

"Piyada qaydanı pozubsa, bu, inzibati xəta sayılır. Əgər sürücü qayda pozmayıbsa, cinayət və inzibati məsuliyyətdən azad edilir".

Qeyd edək ki, mövcud qanunvericilikdə qəza zamanı günahın kimə aid olması ekspertiza və istintaqla müəyyən edilir.

Son xəbərlər