Bakıda qızı avtomobil vurdu - ANBAAN GÖRÜNTÜ
Bakıda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Piyada keçidinin bir neçə metrliyində yolu qaçaraq keçən piyadanı avtomobil vurub.
Hadisə zamanı piyada xəsarət alıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə bildirilib ki, piyadalar piyada keçidindən istifadə etməli, diqqətli olmalı və nəqliyyat vasitələrinin onlara yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidirlər:
"Həyat üçün vacib olan bu qaydalara əməl edilmədikdə, təəssüflər olsun ki, piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. Hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyi öz əlindədir. Bunun üçün isə qaydalara əməl edilməlidir".
Oxşar xəbərlər
Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. BAKU.WS "Qafqazinfo"ya ist...