Gömrük postunda alma yüklü daha bir avtomobildə külli miqdarda narkotik tapılıb
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində tranzit keçən daha bir "alma" yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib.
Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "alma" yükü aparan nəqliyyat vasitəsinə "Cənub-Astara" gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
"Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəriləri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram narkotik vasitə - marixuana aşkar edilib",- deyə məlumatda bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar
Goranboy rayonunda 81 yaşlı kişinin yaşadığı mənzildən 7 min manata yaxın pul oğurlanıb. Hadisə rayonun Xanqərvənd kəndində, Zahid Əsgərovun yaşadığı evdə baş v...