Ermənistanda keçmiş baş qərargah rəisi Rusiyadan yararsız hərbi texnika gətirməkdə ittiham olunur
01
apr
2025
23:45
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
İttihama görə, Akopyanın səhlənkarlığı nəticəsində 9 il əvvəl Rusiyadan Ermənistana yararsız hərbi texnika gətirilib.
Akopyanla yanaşı, Silahlı Qüvvələrin Raket Qoşunları və Artilleriya Baş İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan da ittiham olunur.
Müqaviləni Movses Akopyan imzalayıb. Nəticədə 4,3 milyard dramdan artıq hərbi texnika alınıb.
Oxşar xəbərlər
Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb
Almaniyanın Essen şəhərində narkotik cinayətlərinə görə məhkum edilmiş türkiyəli Diyar Gündüz tibbi müayinə zamanı silahlı şəxslərin köməyi ilə mühafizəçilərin...