Ərdoğan yanğında həlak olanların cənazə namazında iştirak edir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətində yanğın baş verən əraziyə gəlib.
BAKU.WS xəbər verir ki, Türkiyə dövlət başçısı yanğında həyatını itirənlərin cənazə namazında iştirak edir.
Xatırladaq ki, ötən gün Bolunun Kartalkaya bölgəsindəki 12 mərtəbəli "Grand Kartal" otelində gecə saat 03:00 radələrində baş verən yanğında oteldə olan 238 nəfərdən 76-sı həyatını itirib, 51 nəfər isə yaralanıb. Hadisə ilə bağlı 9 nəfər saxlanılıb.
Ölkənin Səhiyyə Nazirliyi Kartalkaya xizək mərkəzindəki "Grand Kartal" otelində baş verən yanğında xəsarət alan 29 nəfərin evə buraxıldığını, 22 nəfərin müalicəsinin davam etdiyini bildirib.
Oxşar xəbərlər
"Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab
Bakının mərkəzində yaşıllıq zolağının məhv edilməsi ilə bağlı iddialara "Premium Residence" MTK-dan münasibət bildirilib. BAKU.WS xəbər verir ki, şirkətdən Oxu....