Elçilikdə "yox" cavabı alan kişi DƏHŞƏT SAÇDI - TƏFƏRRÜAT

Xaçmazda ana və qızını avtomobil vurub.
BAKU.WS Baku TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Qusarçay kəndində baş verib.
Ailə başçısı Bəhərçin Kərimov iddia edir ki, ana ilə qızını elçilikdə "hə" cavabı almayan oğlan vurub:
"Bir-iki dəfə qızı istədiklərini bildirmişdilər. Dedim ki, mənim sizə verməyə qızım yoxdur. İşdən gələndə qarşısına çıxıb, qızımı da, həyat yoldaşımı da vurub. Deyib ki, mən lotuyam. Dördüncü dəfədir belə bir hadisə baş verir. Qızımdan əvvəl üçünü qaçırıb".
Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstələrə zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
Xəzər rayonu, Zuğulba şosesində nəqliyyat vasitələrinin birində yanğın baş verib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə M...