DİN: Metroda polisə müqavimət göstərən 5 nəfər barəsində cinayət işi açılıb - FOTO

Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Baş prokuror əməliyyat müşavirəsi keçirib
Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...
