Bu gün Zəhra Quliyevanın anım günüdür
2017-ci ilin iyul ayında baş verən erməni təxribatına qurban gedən Zəhranın bu gün anım günüdür.
Zəhra Quliyeva 2016-cı ildə Füzuli rayonunun Alxanlı qəsəbəsində anadan olub.
2017-ci ilin iyulun 4-də saat 20:40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyeva qətlə yetirilib. Eyni zamanda atəş nəticəsində Sərvinaz Quliyeva yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyat edilib.
Zəhranın ölümündən sonra sosial şəbəkələrdə geniş "I am Zahra" aksiyası keçirilib, onun faciəsi ilə bağlı kitablar yazılıb.
Oxşar xəbərlər
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb
Oğuzda baş verən qəzada xəsarət alanların kimliyi bəlli olub. BAKU.WS report-a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində sürüc...