Böyük Mərdəkan qəsrində çökmə baş verib, əraziyə giriş məhdudlaşdırılıb
Son dövr müşahidə olunan intensiv yağışların təsiri nəticəsində Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən abidəyə baxış keçirilib və əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tututlub.
Bildirilib ki, vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində vətəndaşın tikilinin damında köməksiz vəziyyətdə qa...