Bilgəh çimərliyində boynu sınan gənc öldü
03
iyl
2025
10:09
Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, iyunun 14-ü Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Fuad Fəyyaz oğlu Musayev suya tullanarkən ehtiyatsızlıqdan xəsarət alıb.
Xəstəxanaya çatdırılan 22 yaşlı oğlanın boyun fəqərələrinin sındığı və sinirlərinin zədələndiyi məlum olub.
Tibbi yardıma baxmayaraq, F.Musayev iyulun 1-i xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
35 yaşlı müğənni qəfil vəfat etdi
Gəncəli müğənni Xaliq Əkbər həyatını itirib. BAKU.WS Gencexeber.az-a istinadən xəbər verir ki, sənətçi gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib....