Bərdədə bazarda satılan pendir və nehrə yağlarında bakteriya aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən "Bərdə Ticarət" ASC-yə məxsus bazarda yoxlama keçirib.
AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub.
Bildirilib ki, pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq - Stafilokok bakteriyası müəyyən edilib. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluq aşkarlanan məhsulların satışının qarşısı alınıb və icrası məcburi göstərişlər verilib.
Qalereya
Oxşar xəbərlər
Boşanmaq istəyən qadının dəhşətli sonu: Azyaşlı uşaq anası evində qətlə yetirildi
Sumqayıtda ərindən boşanmaq istəyən qadın öldürülüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Corat qəsəbəsi ərazisind...