Bakıda sexdə DƏHŞƏT: Ustasını söyüşə görə bıçaqladı
Bakıda mebel sexində bıçaqlanma hadisəsi olub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən "Lallar fabriki"nin yaxınlığındakı sexdə qeydə alınıb.
Burada usta köməkçisi işləyən 19 yaşlı Fərid onu təhqir edən ustası Elnuru bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, həyatını xilas etmək mümkün olub.
Fərid polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində yekun olaraq, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə Fərid 3 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib
Sərnişinin səhhətində yaranan problemə görə Sürix–Şanxay reysini yerinə yetirən təyyarə Bakıya məcburi eniş edib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunu...