Bakıda şagird tənəffüs vaxtı məktəbli yoldaşına kəsici alətlə xəsarət yetirib

Bakıda şagird tənəffüs vaxtı məktəbli yoldaşına kəsici alətlə xəsarət yetirib
Hadisə 481

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 4 dekabrda saat 12:20 radələrində Səbail rayonu, 329 nömrəli tam orta məktəbdən çağırış daxil olub".

BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı şəxsə (kişi cinsli) ilkin tibbi xidmət göstərilib və hər iki əlin kəsilmiş yarası diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) təxliyə olunub".

***15:52

Bu gün günorta saatlarında Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs zamanı baş verən insident narahatlıq doğurub.

BAKU.WS xəbər verir ki, X sinif şagirdi qəflətən kəsici alətlə digər şagirdə xəsarət yetirib. Hadisədən dərhal sonra xəsarət alan şagirdə ilkin tibbi yardım göstərilib, təcili-tibbi yardım xidməti çağırılıb və valideynlərə məlumat verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, məsələ aidiyyəti qurumların nəzarətinə götürülüb və araşdırmalara başlanılıb. Hadisənin təfərrüatları və səbəbləri araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

"8-ci kilometr bazarı"nda ÖLÜM

"8-ci kilometr bazarı"nda ÖLÜM

Bakıda bazarda satıcı ölüb. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün Nizami rayonu "8-ci kilometr bazarı"nda qeydə alınıb. Orada satıcı işləyən...

393 Hadisə 23:43 04 dekabr 2024

Son xəbərlər