Bakıda qətlə yetirilən şəxs bir müddət əvvəl DİN-dən kömək istəyibmiş - TƏFƏRRÜAT
Bakı sakini, 1967-ci il təvəllüdlü Xalıq Bağırovun qətlə yetirilməsinin təfərrüatı məlum olub.
BAKU.WS xəbər verir ki, X.Bağırovun ailə üzvlərinin “report”a verdiyi məlumata görə, hadisədən 3 ay əvvəl 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev öz həyat yoldaşını Sumqayıt şəhərində yandıraraq öldürmək istəyib.
Bildirilib ki, həmin vaxt qadın hadisə yerindən qaçıb və itkin düşüb:
“Sonra qız tapılıb ata evinə gətirildi. Biz də Ayxan Hüseynəliyevin əməlindən polisə məlumat verdik. Ayxanın atası Asif isə polisə müraciət etdiyimiz üçün bizi təhdid etməyə başladı.
Həmçinin də Ayxan bizi təhdid edirdi. Onların təhdidlərindən sonra Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət etdik, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində isə mərhum Xalid Bağırov izahat verib. Ayxan Hüseynəliyevin təhdidləri barədə müraciət edən zaman DİN-dən təhlükəsizliyimizin təmin olunmasını istədik.
Bir qədər sonra bizə təhlükəsizliyimizin təmin olunacağı barədə məktub gəldi. Lakin ailənin təhlükəsizliyi təmin olunmadı”.
Qeyd edilib ki, avqustun 31-i saat 10 radələrində Ayxan Hüseynəliyev Xalıq Bağırovu qətlə yetirib:
“Ayxan həmişə zəng edib, bütün ailə üzvlərimizi öldürəcəyini bildirirdi. Hadisə günü də o, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gəlib, evin yaxınlığında gözləyib.
Ayxan Xalıq Bağırovun evdən çıxmasını gözləyib. Çünki onun məqsədi ailənin hamısını öldürmək olub. Xalıq Bağırovla Ayxan Hüseynəliyev qapının qarşısında üz-üzə gəlib.
O, içəri girməyə çalışıb. Bu zaman Xalıq Bağırov onun qarşısını kəsib. Ayxan da onun bıçaqlamağa başlayıb. Ayxan əvvəl Xalıq Bağırovun boğazını kəsib, ümumilikdə isə 14 bıçaq zərbəsi vurub. Qonşunun hadisə yerinə gəldiyini görən Ayxan hadisə yerindən qaçıb”.
Xatırladaq ki, rəsmi məlumata əsasən, hadisə avqustun 31-i saat 10 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. A.Hüseynəliyev qayınatası X.Bağırovu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.Hüseynəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...