Bakıda narkotik ƏMƏLİYYATI: 21 kq marixuana və 600 metadon ələ keçirildi

Bakıda narkotik ƏMƏLİYYATI: 21 kq marixuana və 600 metadon ələ keçirildi
Hadisə 145

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarında keçirdikləri növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Araz Firidunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal Əliyev, Şəmistan Rəfili və Adil Ağazadə saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 600 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Oxşar xəbərlər

Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib

Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib

Bakı və ayrı-ayrı rayonlarda dekabrın 5-də 64 odlu silah-sursat aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, beş avtomat,...

11 Hadisə 23:12 06 dekabr 2025

Son xəbərlər