Bakıda məşhur klubun fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ev 103 C ünvanında yerləşən "İcon-karaoke" klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
FHN əməkdaşları hesab ediblər ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Bununla bağlı olaraq Bakı şəhəri, Nərimanov rayonu, ev 103 C ünvanında yerləşən "İcon-karaoke" klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Qalereya
Oxşar xəbərlər
FHN: Ötən həftə 149 yanğına çıxış olub, 4 nəfərin meyiti tapılıb
Ötən həftə 149 yanğına çıxış olub. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglə...