Bakıda marketdən pul oğurlandı
Bakının Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 1900 manat dəyərində televizor və müxtəlif məişət əşyaları oğurlanıb.
BAKU.WS Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Ə.Kərimov saxlanılıb.
Bundan başqa, Binəqədi rayonunda bir nəfərə məxsus avtomobildən 450 manat pul və sənəd, Yasamal rayonunda isə bir marketdən 2000 manat oğurlamaqda şübhəli bilinən 39 yaşlı R.Məmmədov və 38 yaşlı A.Balaşov da saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Keçmiş məhkuma üçüncü dəfə daha ağır cəza istənildi
Bakıda tanışına çox sayda bıçaq xəsarəti yetirməkdə təqsirləndirilən Fuad Rəcəbzadənin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. BAKU.WS xəbər verir ki,...