Bakıda lükə düşməsi deyilən gənclə bağlı DƏHŞƏTLİ DETALLAR
Binəqədi rayonu, "Baksol" adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya xəttinə düşüb.
BAKU.WS xəbər verir ki, hadisənin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.
Görüntülərdən aydın olur ki, Cümşüd kanalizasiya xəttinə lükün qapağı açıq olduğuna görə deyil, çökmə baş verdiyi üçün düşüb.
AzTV-də sözügedən hadisə ilə bağlı ərazidən süjet yayımlanıb. Bildirilib ki, həmin ərazidə asfalt örtüyü 6 ay əvvəl çöküb və problem hələ də həllini tapmayıb.
Qeyd edək ki, hadisənin iyunun 26-da baş verdiyi bildirilir. Axtarış-xilasetmə işləri hələ də davam etdirilir.
Cümşüd ailənin tək övladı olub və o, hadisə baş verən gün evdən marketə getmək adı ilə çıxıb.
Oxşar xəbərlər
Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu
Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial m...